Suriya Bakıya nümayəndə heyəti göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Suriya Bakıya nümayəndə heyəti göndərəcək

Siyasət

11 May 2026 13:37 408


Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

"Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya nümayəndə heyətinin WUF13-də iştirak etmək üçün Bakıya səfəri ərəfəsində Dəməşq qubernatoru Maher Edlibi ilə məhsuldar görüş keçirib", - məlumatda bildirilib. Sezar pizza

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!