Paşinyan Putinə belə cavab verdi: Referendum...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putinə belə cavab verdi: Referendum...

Siyasət

11 May 2026 16:15 844


Ermənistan Avropa Birliyi (AB) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı müzakirələrə girməyəcək və mümkün qədər Aİİ üzvü olaraq qalacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bu məsələ ilə bağlı mübahisəyə girməyəcəyik. Aİİ-nin tamhüquqlu üzvüyik. Və nə qədər ki, Aİİ üzvüyik, bütün qərarların qəbulunda tam iştirak edirik. Bir daha təkrar edirəm: zərurət yaranana qədər biz heç bir məsələ qaldırmağa, referendum keçirməyə (Aİİ-dən çıxmaq və AB-yə daxil olmaq barədə – red.) hazırlaşmırıq. Buna obyektiv olaraq ehtiyac olanda edəcəyik",- o bildirib. pizza hut

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin AB-yə daxil olmaq üçün referendum keçirə biləcəyini deyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!