Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi - VİDEO

Şou

11 May 2026 19:12 125


Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib.

"Yeni Sabah" xəbər verir ki, pop ulduz yeni musiqili layihəsini təqdim edib. “Yenidən başlayaq” adlanan mahnının musiqisi Xalq artistinin özünə sözləri isə Zaur Zeynalova məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib. Layihənin miks və masterinqi Emin Karima aiddir.

Şou-biznesin əfsanəsi Tünzalə Ağayeva yeni mahnı üçün klip də çəkdirib. Səmimi ab-havada lentə alınan görüntüləri rejissor Pərviz Əzim-zadə həyata keçirib.  pizza

Klipdə Tünzalə Ağayevanın imici xüsusi maraqla qarşılanılıb. Saç və makiyaj stilist Sabir Bağırova məxsusdur, geyimlər isə dünyaca məşhur dizayner Orxan Sultan imzası daşıyır. 

Layihənin direktoru Yalçın Cabbarovdur.

Qeyd edək ki, “Yenidən başlayaq” artıq bütün musiqi və rəqəmsal platformalarda yayımlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!