Donald Trampdan kritik Hörmüz açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Donald Trampdan kritik Hörmüz açıqlaması

Siyasət

11 May 2026 19:53 146


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Project Freedom" ("Azadlıq layihəsi") əməliyyatının yenidən başladılması ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ lideri "Fox News" kanalına verdiyi müsahibədə prosesin Hörmüz boğazında gəmilərin adi müşayiətindən daha genişmiqyaslı formada həyata keçirilə biləcəyini qeyd edib.

Donald Tramp vurğulayıb ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib. Pepperoni pizza

Xatırladaq ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə "Project Freedom" əməliyyatına mayın 4-də start vermişdi. Lakin bir gün sonra dövlət başçısı əməliyyatın müvəqqəti dayandırıldığını açıqlamışdı.

Tramp bildirmişdi ki, fasilə İranla aparılan sülh danışıqları fonunda Pakistan və bir sıra digər dövlətlərin müraciəti əsasında verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!