Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

İdman

11 May 2026 21:07 85


Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.

"Yeni Sabah" xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb. Pepperoni pizza

Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!