Aparıcıdan sərt çıxış -   Milli Məclisə müraciət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aparıcıdan sərt çıxış - Milli Məclisə müraciət edəcək

Şou

11 May 2026 12:10 1340


“Space TV”nin aparıcısı və jurnalisti Amil Xəlil canlı yayım zamanı diqqətçəkən açıqlamalar verib. O, məhkəmə qərarlarının icrası zamanı bəzi icra və probasiya şöbələrinin fəaliyyətini sərt tənqid edib.

"Yeni Sabah" xəbər verir ki, Amil Xəlil bildirib ki, vətəndaşlar aylarla, hətta illərlə davam edən məhkəmə proseslərindən keçdikdən sonra qərarın icrası mərhələsində ciddi problemlərlə üzləşirlər:

“Vətəndaş 3-4 məhkəmə keçir, əziyyət çəkib haqqını alır. Bəzən bu proses illərlə davam edir. Daha sonra iş icra olunması üçün icra və probasiya şöbələrinə göndərilir. Ən böyük problem də məhz bundan sonra başlayır. Cənab hakimlərin verdiyi qərarı bəzi icraçılar adi bir aktla heçə endirir, işə xitam verirlər. Bəs həmin qərarlar necə icra olunacaq? Əgər bu gün hakim qərarını öz istəyi ilə dəyişən bir icra sistemi varsa, onda vətəndaş niyə illərlə məhkəmə qapılarında qalmalıdır?” pizza sifarişi

Aparıcı çıxışı zamanı bəzi sənədləri də tamaşaçılara təqdim edib və icra mexanizminin daha ciddi nəzarətə götürülməsinin vacibliyini vurğulayıb. O, müəyyən hallarda icra prosesinin Daxili İşlər Nazirliyinin nəzarəti altında həyata keçirilməsinin daha effektiv ola biləcəyini qeyd edib.

“Əminliklə deyirəm ki, bu proses Daxili İşlər Nazirliyinin də səlahiyyətində olsaydı, bu qədər problem yaranmazdı. Bəzi hallarda işi qəsdən uzadır, sonra isə bir aktla məsələni bağlayırlar. Hətta iddia olunur ki, qarşı tərəfə müxtəlif davranış formaları ilə bağlı məsləhətlər verilir. Bu isə vəziyyəti daha da gərginləşdirir.”

Amil Xəlil əlavə edib ki, bu məsələ ilə bağlı çoxsaylı şikayətlər mövcuddur və hətta bəzi hallarda Ali Məhkəmənin qərarlarının belə icra edilmədiyi iddia olunur.

“Bu cür şikayətlər çoxdur. Hətta Ali Məhkəmənin qərarlarının belə icra olunmadığı hallar var. Bu vəziyyət nə vaxta qədər davam edəcək? İnanıram ki, yaxın zamanda bu məsələ ilə bağlı ciddi addımlar atılacaq.”

Sonda jurnalist məsələ ilə bağlı Milli Məclisə də rəsmi müraciət ünvanlayacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!