Nigar Fərhad: Atamdan sonra həyatımın ən böyük sevgisi oğlum olacaq

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhad: Atamdan sonra həyatımın ən böyük sevgisi oğlum olacaq

Şou

12 May 2026 17:12 158


“Bir gün bir şəkil paylaşacağam və o gün məni tanıyan hər kəs biləcək ki, mən artıq dünyanın ən xoşbəxtiyəm. O gün o demək olacaq ki, mən bütün acılara qalib gəldim. Mən içimdəki mübarizəni bitirdim…”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad deyib.

O ən böyük arzularından birinin oğul anası olmaq olduğunu bildirib: Toyuqlu pizza

“O gün mən artıq demək ki, xoşbəxtəm və o tarixdən etibarən, dünyanın ən böyük eşqi atamdan sonra oğlum olacaq. Hələ ki, bir çox illər kimi, götür-qoydayam. Hələ ki maneələr var, içimdə bitirmədiyim mübarizələrim var. Amma elə bir insanam ki, illərlə bir mübarizəni bitirmərəm, amma 1 saniyədə, heç düşünmərəm də, götürər və qərarı verərəm. Yüksələnim əkizlər bürcü olduğu üçün götür-qoyu çox edərəm, amma bir yerdə artıq illərlə düşünməkdən yorulduğum üçün daha sıxılaram düşünməkdən və gözübağlı qərar alaram”.

N.Fərhad paylaşımında oğul sahibi olmağın həyatda ən böyük məqsəd və xoşbəxtlik olduğunu vurğulayıb:

“İndi o aşamaya çox yaxınam və bu dünyada məncə məni tam hiss etdirən, həyatımda ən böyük məqsəd və xoşbəxtlik oğlum olacaq. Bir insan bilir xoşbəxtliyi haradadır. Mənimki də oğula bağlıdır”.

Qeyd edək ki, N.Fərhadın 16 yaşlı bir qız övladı var. O, Amerika vətəndaşıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!