“Bu, düzgün mövqe deyil” – Keçmiş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Bu, düzgün mövqe deyil” – Keçmiş nazir

Siyasət

12 May 2026 16:22 156


"Bu, həqiqətdən uzaq yanaşmadır. Elə bil ki, biz özümüz onlara əlavə dəstək verməyə çalışırıq. Bu, düzgün mövqe deyil. Ermənistanın davranışları və indiyədək atdığı addımlar göstərir ki, proseslərə emosional deyil, siyasi və strateji baxımdan yanaşmaq lazımdır”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

T. Zülfüqarov  vurğulayıb ki, Azərbaycanın əlində Ermənistana təsir göstərə biləcək müxtəlif mexanizmlər mövcuddur və əsas məqsəd qarşı tərəfin sülhə davamlı şəkildə meyl göstərməsini təmin etməkdir: Dördpendirli pizza

“İndiyədək formalaşmış təsir mexanizmləri var. Bu alətlərdən istifadə edilməlidir ki, onların sülhə meyli davamlı və real olsun. Yalnız bəyanatlarla deyil, konkret addımlarla sülh mühiti formalaşa bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!