ABŞ Prezidenti Donald Tramp üzərində öz şəkli əks olunan 100 dollarlıq əskinasın maketini paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, “Federal Victory Note” adlandırılan əskinasın ön hissəsində D.Trampın portreti, arxa hissəsində isə ABŞ-ın tarixi binalarından biri təsvir edilib.
Əskinasın üzərində “God Bless Donald Trump” ifadəsi də yer alıb. pizza sifarişi
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu Trampın tərəfdarları üçün hazırlanmış simvolik və siyasi mesaj kimi qiymətləndirib. Digərləri isə ABŞ dollarının ölkə üçün mühüm milli simvollardan biri olduğunu xatırladaraq, Prezidentin öz şəklini əskinas üzərində paylaşmasını diqqətçəkən addım adlandırıb.
Qeyd edək ki, hazırda dövriyyədə olan ABŞ dollarlarının üzərində ölkənin keçmiş prezidentləri və tarixi şəxsiyyətlərinin portretləri yer alır.
Aytac Əliyeva

Telegram kanalımız