Vəzifədən azad olunan məşhur həkimdən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Vəzifədən azad olunan məşhur həkimdən AÇIQLAMA

Sosial

13 May 2026 15:25 220


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni sədr təyinatından sonra kadr dəyişiklikləri davam edir. Qurum tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində rəhbər heyətlə bağlı ardıcıl qərarlar verilir.

Bu dəfə dəyişiklik Respublika Pediatriya Mərkəzində baş tutub. Mərkəzin direktoru Azər Əhmədov vəzifəsindən ayrılıb.

"Yeni Sabah" xəbər verir ki, Azər Əhmədov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, dünəndən etibarən direktor vəzifəsi ilə vidalaşıb. Marqarita pizza

Keçmiş direktor paylaşımında rəhbərlik etdiyi dövrdə görülən işlərdən bəhs edib:

"Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız, hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.  Daha nə olsun..  Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.  Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olar komandaya təşəkkür edirəm.Allah körpələrimizi qorusun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!