Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi   - Xəstəxanaya böyük borcu olub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya böyük borcu olub

Sosial

12 May 2026 23:57 124


Tanınmış ədib, şair, nasir və tərcüməçi Yusif Həsənbəyin xəstəxanaya yaranmış borcu ilə bağlı yardım kampaniyası həyata keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu paylaşım edib. 

O, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Yusif Həsənbəyin ağır vəziyyətdə özəl xəstəxanalardan birində müalicə aldığını bildirib və qeyd edib ki, yazıçının dövlət xəstəxanasına köçürülməsi üçün əvvəlcə özəl xəstəxanada yaranmış təxminən 2000 manatlıq borcun bağlanması tələb olunur. pizza hut

Müraciətdə həmçinin vurğulanıb ki, Yusif Həsənbəyin yaxın qohumu və ya ona dəstək olacaq kimsəsi demək olar ki, yoxdur.

Qısa müddət sonra Səlim Babullaoğlu yeni paylaşım edərək yardım kampaniyasının dayandırıldığını açıqlayıb. O bildirib ki, tələb olunan vəsait toplanıb və kampaniyaya qoşulan hər kəsə təşəkkür edib.

“Yardımları ilə qoşulan hər kəsə təşəkkür edirəm. Tələb olunan vəsait toplandı, kampaniyanı dayandırdıq. Allah heç kimi köməksiz qoymasın. Xəstələr şəfa tapsın”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!