Ermənistan və Azərbaycandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan sosial şəbəkə hesabında qeyd edib.
“Onilliklər ərzində davam edən münaqişələrdən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət var və cəmiyyətlərin də bu yolda iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə Ermənistan və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, onun imkanlarını və risklərini müzakirə ediblər”, - o bildirib. Sezar pizza
Koçinyan əlavə etdi ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə qurulur./Axar.az
Telegram kanalımız