SON DƏQİQƏ! Pediatriya Mərkəzinin direktoru işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Pediatriya Mərkəzinin direktoru işdən çıxarıldı

Siyasət

12 May 2026 20:42 634


Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov işdən çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Azər Əhmədovun işdən çıxarılmasının səbəbi hələlik açıqlanmayıb. Toyuqlu pizza

Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib.

2024-cü il aprelin 18-dən indiyədək Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!