ABŞ nümayəndə heyəti Ermənistana səfər edib - TRIPP layihəsi müzakirə olunacaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ nümayəndə heyəti Ermənistana səfər edib - TRIPP layihəsi müzakirə olunacaq

Siyasət

12 May 2026 19:12 91


ABŞ nümayəndə heyəti "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası məsələlərini müzakirə etmək məqsədilə Ermənistana səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının nümayəndələrinin yer aldığı nümayəndə heyətinin üzvləri ilə görüş keçirib. Tərəflər TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi xarakterli məsələləri müzakirə edərək razılaşdırıblar. Toyuqlu pizza

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!