İran ABŞ-la danışıqların bərpası üçün beş şərt irəli sürüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlərə daxildir: Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması, müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi, İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması./Axar.az Toyuqlu pizza
Telegram kanalımız