Ermənistan İrandan maye qaz alacaq

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan İrandan maye qaz alacaq

Dünya

13 May 2026 14:06 114


"Ermənistanın İrandakı ticarət attaşesi mənə İrandan mayeləşdirilmiş təbii qaz ixracı ilə bağlı problemin həll olunduğunu bildirdi, yəni İranın mayeləşdirilmiş təbii qazı da yaxın günlərdə idxal olunacaq və bu, qiymətləri daha da aşağı salacaq".

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O, Rusiyadan Ermənistana nəql idxal olunan mayeləşdirilmiş təbii qaz qiymətinin artdığını qeyd edib. Marqarita pizza

Nazirin sözlərinə görə, hakimiyyətin minimum planı Ermənistanı kifayət qədər mayeləşdirilmiş qazla təmin etmək idi və indi buna nail olunub.

"Bu gün Ermənistanın hər yerində mayeləşdirilmiş qaz mövcuddur və Aparandakı yanacaqdoldurma məntəqələrində qiymət litri 300 dramdan 240 dram qədər düşüb. Qiymət yüksəkdir, amma düşməlidir", - deyə Papoyan fikirlərini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!