İyun ayında Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə bildirib.
O deyib ki, hazırda qanunverici orqanın gündəliyində müzakirə ediləcək xeyli məsələ var: pizza sifarişi
“Parlamentin yaz sessiyasının başa çatmasından sonra, növbədənkənar sessiyanın çağırılması gözlənilir. Milli Məclis praktikasında, adətən iyun ayında növbədənkənar sessiya çağırılır. Çünki həmişə müzakirə ediləcək məsələlər olur. Ona görə də növbədənkənar sessiyanın keçirilməsi ehtimalı yüksəkdir. Yəqin ki, may ayının axırında bununla bağlı məlumat veriləcək”.
Qeyd edək ki, növbədənkənar sessiya - Milli Məclisin yaz və payız sessiyaları arasındakı tətil dövründə xüsusi rejimdə fəaliyyətə çağırılmasıdır. Bu mexanizm dövlət əhəmiyyətli təxirəsalınmaz məsələlərin operativ həlli üçün istifadə olunur. Konstitusiyaya əsasən, növbədənkənar sessiya yalnız Prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi ilə çağırıla bilər.
Nazim Hacıyev
Telegram kanalımız