Mehdi Cavadov müşavir təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Mehdi Cavadov müşavir təyin olundu

İqtisadiyyat

13 May 2026 11:30 1100


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinə yeni müşavir təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mehdi Cavadov agentlik sədrinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri vəzifəsinə təyinat alıb.  pizza mizza

O, 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub. 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri postunda çalışıb. 

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!