Rubinyan iş adamları üçün xoş xəbər yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan iş adamları üçün xoş xəbər yaydı

Dünya

13 May 2026 12:32 230


Türkiyədə tətbiq edilən yeni tənzimləmə sayəsində Ermənistanla Türkiyə arasında birbaşa ticarət sənədlərin yenidən işlənməsinə ehtiyac olmadan mümkün olub.

"Yeni Sabah" Arrmenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın nümayəndəsi, Ermənistan Milli Məclisinin sədr müavini Rubinyan bildirib.

O, məlumatı "İş adamları üçün xoş xəbər" başlığı ilə paylaşıb. pizza sifarişi

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin bir hissəsi olaraq Türkiyədə tətbiq edilən yeni tənzimləmə sayəsində artıq Ermənistandan istənilən üçüncü ölkəyə, oradan Türkiyəyə və ya Türkiyədən Ermənistana "Ermənistan/Türkiyə" ilə eyni marşrut üzrə göndərilən malların son təyinat yerini və ya çıxış nöqtəsini göstərmək mümkün olacaq.

Başqa sözlə, gömrük mənasında Ermənistanla Türkiyə arasında birbaşa ticarət sənədlərin yenidən işlənməsinə ehtiyac olmadan mümkün olub", - deyə Rubinyan "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Gümrü-Qars dəmir yolu da daxil olmaqla, sərhədin açılması üzərində iş davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!