“Komandada vəziyyət yaxşıdır. Sadəcə Ben Vudbern zədəlidir. Lakin bu ciddi deyil. Son gündə oyuna çıxıb-çıxmayacağı bilinəcək”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Azərbaycan millisi ilə Kardiff şəhərində keçirəcəkləri Avro-2020-nin seçmə matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi qrupdakı şanslarını dəyərləndirərkən bildirib ki, ev oyunlarda maksimum xalı toplamalıdırlar: Toyuqlu pizza
“Qalib gəlmək istəyimiz varsa, ev oyunlarımızın hamısında qələbə qazanmalıuıq. Qalib gəlmək istəyiriksə, rəqabət aparmalı və ev oyunlarından xal almağa baxmalıyıq”.
O, Azərbaycanla oyunun çətin keçəcəyini və önəmli olduğunu söyləyib:
"Rəqibin əks-hücumlarına hazırlaşmışıq. Çalışacağıq ki, buna imkan verməyək. Sağ və sol cinah müdafiəçiləri də çox sürətlidirlər. Biz Azərbaycanın Xorvatiya ilə oyununa baxmışıq. Baxmayaraq ki, onlar məğlub olublar, ancaq qol vurmağı bacarıblar. Bundan əvvəl iki məğlubiyyətimiz olub. Bu oyun bizim üçün çox önəmlidir. Ağır qrupdayıq. Oyunlar çətin keçəcək".
Telegram kanalımız