Camal Qaşıqçının qatilləri edam ediləcək - Məhkəmə hökm çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Camal Qaşıqçının qatilləri edam ediləcək - Məhkəmə hökm çıxardı

Dünya

23 Dekabr 2019 11:17 1004


Səudiyyə ərəbistanlı jurnalist, “The Washington Post”un əməkdaşı Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb.

"Yeni Sabah" “Hurriyet”ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı məhkəməsi qərar qəbul edib.

Məlumata görəi, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.  pizza hut

Cinayəti törədən qrupun lideri sayılan, krallıq Divanının müşaviri Səud əl-Kahtani cəzalandırılmayıb.

Xatırladaq ki,  tanınmış müxalifətçi jurnalist C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!