“Gəzən ölü“ - Bu sindromun adı nədir?

“Gəzən ölü“ - Bu sindromun adı nədir?

Sağlamlıq Saytların hazırlanması

28 Noyabr 2022 11:08 2974


Ədəbiyyatda “gəzən ölü” sindromu və ya “yeriyən cəsəd” sindromu adlanan neyro-psixoloji xəstəliyin əsl adı Kotard sindromudur. Bu sindromu ilk dəfə Jül Kotard kəşf edib.

Yenisabah.az xəbər verir ki, bu, xəstələrin ölü olması və ya həyati orqanlarını itirdikləri barədə düşüncələr yaşadığı psixi pozğunluqdur.

Gəzən ölü sindromu günahkarlıq, narahatlıq və s. əlamətləri ilə müşayiət olunur. Bəzi insanlar daxili orqanlarının qurdlu, çürük olduğunu, daxili orqanlarında və bədənlərində qan olmadığını deyirlər. Paradoksal olaraq onlarda ölümsüzlük düşüncələri ola bilir. Tədqiqatlar göstərir ki, bu hal daha çox depressiyadan əziyyət çəkən yaşlı xəstələrdə rast gəlinir.

Kotard sindromlu xəstələr ölü olduqlarını düşünərək yeməkdən imtina edir, nəticədə aclıqdan dünyalarını dəyişirlər. Xəstələr bəzən ölməyəcəklərini iddia edərək intihara cəhd göstərir.

1888-ci ildə fransız nevroloq Jül Kotard qeyri-adi şikayətlə qarşılaşıb. Madmozel X. adlı xəstə Kotardın yanına gələrək iddia edib ki, onun beyni, sinir sistemi, döş qəfəsi, mədəsi və bağırsaqları yoxdur və o ölümsüzdür. Qadın ölü olduğunu düşündüyü üçün yemək yemir və bir neçə həftə sonra dünyasını dəyişir. Həkim Kotard bu qadın haqqında geniş tibbi təsvir yazır, sözügedən psixi pozğunluq onun adını alır.

2008-ci ildə Nyu Yorklu psixiatr Mister Liinin yanına 53 yaşlı bir xəstə gəlir və ondan çürük ət iyi gəlməsindən şikayətlənir. Xəstə artıq öldüyünü bildirir və meyitxanaya yerləşdirilməsini xahiş edir. Lii dərhal onu psixiatriya şöbəsinə göndərir, bir neçə ay davam edən müalicədən sonra xəstə sağalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!