Canlı yayımda gərginlik: Elit Star Cəmilə Ofeliyaya qapını göstərdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Canlı yayımda gərginlik: Elit Star Cəmilə Ofeliyaya qapını göstərdi - VİDEO

Şou

02 İyul 2025 11:21 614


Elit Star Cəmilənin iradı müğənni Ofeliyanı özündən çıxardıb.

Yenisabah.az xəbər verir ki, həmin anlar  “Elgizlə izlə” verilişində yaşanıb.

“Allah hər kəsin ruzisini versin. Toya da gedin, banketə də gedin. Restoranlara da müraciət edin. Götürsələr, işləyin” - deyən, Cəmilənin sözləri Ofeliyanı özündən çıxardıb. Sezar pizza

Ofeliya cavab olaraq, deyib  ki, mən onda qəbirə gedim, çünki qocalmışam:

"Mən 50 yaşımda sənətə gəlmişəm. Elə danışırsınız ki, nə sizin, nə də mənim İlhamə kimi səsimiz yoxdur. Siz illərdir sənətdəsiniz. Mən də yeni başlamışam və istəyirəm ki, bir az da mən işləyim, yoldaşıma kömək edim. Əgər mənim səsim olmasaydı, çıxıb milyonların qarşısında, Elgiz bəyin qarşısında oxumazdım və özümü də gülünc vəziyyətə qoymazdım. Hara gedirik, cavanlardır. Nə edək? İndi cavanlar var deyə oxumayaq?".

Ofeliya həmçinin Cəmilənin onun qarşısında açılacaq bütün qapıları bağladığını bildirib:

“Mənim üçün bəlkə bir qapı açılacaqdı, siz o qapıları milyonların qarşısında bağladınız. 50 yaşım varsa, demək ölməliyəm? Siz deyirsiniz ki, mən yaşlıyam, onlara cavan lazımdır”.

Cəmilə isə cavabında, “Mən işə düzəltmə bürosunda işləmirəm ki, get işlə.  Sizə mahnı satanlar pulunu alıb, mahnısını satanlardır” – deyib. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!