“Çarli“ narkotik gətirənləri peşman etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Çarli“ narkotik gətirənləri peşman etdi - Foto

Kriminal

26 Oktyabr 2019 15:14 949


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə "Çarli" ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.

Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə - tiryək aşkarlanıb. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!