“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan keçmiş partiyadaşlarının sərt ittihamı ilə üz-üzə qalıb. MHP sədri Devlet Bahçelinin sözçüsü Yıldıray Çiçek siyasətçinin ünvanına ağır ifadələr işlədib.
Yenisabah.az xəbər verir ki, o, bu gün sosial şəbəkə hesabındakı paylaşımında S.Oğanı “qəbir oğrusu” adlandırıb. Y.Çiçek keçmiş partiyadaşı haqqında belə yazıb:
“Gəncliyində marksist-leninçi, sonra FETÖ-çu, sonra isə milliyyətçi olub. Həyata mənfəət pəncərəsindən baxan bir tipdir. Onun işi hər fürsətdə siyasi bazarlıq etməkdir”. Dördpendirli pizza
Y.Çiçek S.Oğanı dəstəkləyən ülkücüləri də təhqir edib:
“Siz necə süd əmmisiniz ki, CHP-PKK əlaqələrinə göz yumur, CHP-dəki bu qədər xəyanətə səssiz qalırsınız?”
Müşahidəçilər Çiçekin bu açıqlamasının tərəflər arasındakı qarşıdurmanı daha da dərinləşdirəcəyini proqnozlaşdırırlar.
Rafi MÜSLÜMOV
Telegram kanalımız