Cavanşir Feyziyev parlamentdə qrup rəhbəri vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Feyziyev parlamentdə qrup rəhbəri vəzifəsindən azad olundu

Siyasət

15 Aprel 2022 11:36 548


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib.

"Report"un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb. pizza

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!