Cavanşir Feyziyevin şirkəti cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Feyziyevin şirkəti cərimələndi

Hadisə

29 Mart 2022 08:51 413


Azərbaycanda deputatın şirkətinə cərimə protokolu yazılıb.
 

“Avromed Company” QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Bu xətaya görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. pizza mizza

Qeyd: “Avromed Company” QSC Milli Məclisin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsusdur. Şirkət 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. QSC Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur. /Pravda.az
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!