YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Cavanşir Quliyev 19 illik ayrılıqdan sonra Vətənə qayıtdı

Cavanşir Quliyev 19 illik ayrılıqdan sonra Vətənə qayıtdı

Mədəniyyət

22 Sentyabr 2022 10:24 1476


Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə bəstəkarın özü məlumat yayıb.

19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma Vətəndə davam etdirmək qərarına gəlib.

O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib: "Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".

Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik Vətənə geri dönüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!