Cavid Qurbanov baş katibi vəzifəsindən uzaqlaşdırıldı

Cavid Qurbanov baş katibi vəzifəsindən uzaqlaşdırıldı

İdman Veb saytların hazırlanması

17 May 2019 16:55 1849


Azərbaycan Voleybol Federasiyasının Prezidenti Cavid Qurbanov və AVF rəyasət heyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. 

“Yeni Sabah” xəbər  görə, bu posta Cəlil Cəfərov təyin olunub.

“Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib. Cəlil Cəfərov Azərbaycan voleybolsevərlərinə tanış simadır. 

O, “Rabitə” komandası ilə səkkiz dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun, həmçinin, klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” komandası da Azərbaycan Super Liqasında öz sözünü deyib və milli komandamızın heyətinin genişləndirilməsinə öz töhfələrini verib.

Onu da bildirək ki, Cəlil Cəfərov “AzİnTelekom” MMC-nin (keçmiş Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi) baş direktoru olub. O, 2015-ci ilin sonlarında “Rabitə işi” ilə əlaqədar olaraq həbs edilib.

2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsi ona 5 il 5 ay hökm oxuyub. Onun barəsində şərti cəza təyin olunub. C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!