Cavidan Novruzdan Xalq artistinə ağır sözlər: “Çox ucuzsunuz, çox!”

saytların hazırlanması

Evə çatdırılma

Cavidan Novruzdan Xalq artistinə ağır sözlər: “Çox ucuzsunuz, çox!”

Şou

18 İyul 2022 10:19 2127


Xalq artisti Naibə Allahverdiyeva ilə aktyor Cavidan Novruz arasında qalmaqal yaşanıb.

Yenisabah.az xəbər verir ki, Cavidan Naibə Allahverdiyevanın bugünki komediyaları tənqid etməsinə sərt reaksiya verib:

“Vallah “Komedixana” nə qədər bu sənətdə olan adamların “gözünə girir”? Fikir verirəm ki, cavanlıqda uğur qazana bilməyənlər indi bizə söz atır. İndi də “Tomka maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Vallah, belə iradları Sənubər İsgəndərli, Səidə Quliyeva, Mehriban Zəki, Zenfira Əbdülsəmədova kimi sənətkarlar desəydi, sakit susub üzərimizdə axtarış aparardıq və nəticə çıxarardıq. Daha “Tomka maçi” yox da. Barmaqla saysaq bir dənə uğurlu rolu yoxdur. Sən axı kimə bu sözləri deyirsən? Xanımsan, xanımlığını et. Səhnədə olan insansan ən azından atamı tanıyırsan. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox! Sizə elə məqam lazım imiş. Heç cürə yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim”. Marqarita pizza

Qeyd edək ki, N. Allahverdiya Yenisabah.az saytına olan müsahibəsində mwasir komediya verilişləri ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!