Çavuşoğlu ermənilərə “Bozqurd” cavabından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu ermənilərə “Bozqurd” cavabından danışdı

Siyasət

01 May 2022 22:10 405


Türkiyənin xarici işlər naziri Uruqvayda onun səfərinə etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsindən danışıb.

Yenisabah.az xəbər verir ki, XİN rəhbəri Uruqvayla hər hansı problemlərinin olmadığını deyib:

“Bizimlə əlaqələri canlandırmaq istəyirlər. Bu çərçivədə səfərimiz oldu. Səfər proqramına əsasən, bir abidəyə çələng qoymalı idik. Uruqvay rəsmiləri hər hansı bir aksiya ehtimalına qarşı bu planı təxirə salmağımızı xahiş etdilər. Biz də təxirə saldıq. Marqarita pizza

Binamızın açılışı əsnasında binanın önünə o qrupun yaxınlaşmasına imkan verməyəcəkləri ilə bağlı səfirimizə söz verdilər. Söz verdikləri halda, o qrupun oraya yaxınlaşması səhv idi.

Etirazçılar çirkin hərəkətlər nümayiş etdirdilər. Qəbuledilməz çirkin davranışlarından sonra biz də lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay rəsmilərinə, nə Uruqvay xalqına, nə də aksiyaçılara təhqirdir. Buna görə bizi günahlandırmaları yersizdir. Gələcəyə baxmalı olduğumuzu dedik”.Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!