Çavuşoğlu İrana gedir - Dəvət kimdən gəlib?

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu İrana gedir - Dəvət kimdən gəlib?

Dünya

12 Noyabr 2021 11:58 847


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tehrana və Beyruta səfər edəcək.

Yenisabah.az "Əl-Cümhuriyyə" qəzetinə istinadla xəbər verir ki, səfər gələn həftə baş tutmlıdır.

Livan mənbələrinə görə, Türkiyə xarici işlər naziri öncə İrana gəlməlidir. Lakin onun İranda kiminlə görüşəcəyi və Tehrana hansı məqsədlə gələcəyi barədə heç bir məlumat yoxdur. Dominos pizza

"Əl-Cümhuriyyə" qəzeti Çavuşoğlunun Beyruta səfəri çərçivəsində Livanın baş naziri Nəcib Mikati ilə ünsiyyətdə olacağını iddia edib. Onun prezident Rəcəb Tayyib Ərdoğanın adından Mikatiyə Ankaraya səfər dəvət çatdıracağı güman olunur.

Xatırladaq ki, İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahianın koronavirusa yoluxmasından sonra türk vəzifədaşı ona zəng edib. Bəzi mənbələr telefon danışığı zamanı Abdullahianın Mövlud Çavuşoğlunu Tehrana dəvət etdiyini iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!