Cəbhə bölgəsində olan baş redaktor:   “Əhali bayram ovqatındadır” 

saytların hazırlanması

Evə çatdırılma

Cəbhə bölgəsində olan baş redaktor: “Əhali bayram ovqatındadır” 

Maraqlı

28 Sentyabr 2020 14:00 1323


“Oğlum Hüseynin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə qəbul olunaraq mənim şərəfli olduğu qədər də məşəqqətli peşəmi davam etdirmək niyyətini rəsmiləşdirməsindən sonra təbii ki, ilk olaraq Bərdə rayonuna tələsdik. Çünki əslən Kəlbəcərdən olsaq da qardaş-bacılarım, eyni zamanda valideynlərimin məzarı Bərdə rayonun cəbhə xəttinə yaxın kəndindədir. Babasının adını daşıyan oğlumla valideynlərimin məzarını ziyarət etdik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə deyib. Qeyd edib ki, cəbhə xəttində növbəti erməni təxribatından sonra ordumuzun əks hücuma keçməsi Vətən həsrəti ilə göynəyən qəlbimizi qəhər dolu sevincə boğub: “Baş verənlərə reaksiyamı ifadə etməkdə sözün acizliyini bir daha hisss etdim. Səmimiyyətimə inanın, iki gündür yatmıram. Cəbhənin mümkün qədər yaxın ərazilərinə gedərək ordumuzun artilleriya və raket zərbələrinə izaholunmaz sevinc hissi ilə tamaşa edirəm. Əlimdən başqa bir şey gəlmir. Az qalıram düşmənə tərəf atılan mərmiləri gedib uşaq kimi qucaqlayıb bağrıma basam və onlara düşmənin bağrına sancılması üçün yalvaram. Bərdədə, Tərtər və Ağdamda əhval-ruhiyyə olduqca yüksəkdir. Mülki əhali sanki bayram günlərini yaşayırmış kimi qürur və sevinc içərisindədir. Hamı şanlı ordumuzun növbəti qələbələrini gözləyir. Təkcə kəndlərin və əlverişli mövqelərin deyil, bütöv rayonlarımızın işğaldan azad edilməsi xəbərini gözləyir. İnşallah bu ordu ilə işğal adlı cəhənnəm əzabından qurtulacağımıza artıq kimsə şübhə etmir. Hamı ordumuza dəstək üçün nəinki bacarığını, malını-mülkünü, canını da verməyə hazır olduğunu göstərir”. 

Zülfüqar Hüseynzadə qeyd edib ki, Murovdağdakı həlledici yüksəkliklərin işğaldan azad olunması dünyanın cənnəti olan 27 illik Kəlbəcər həsrətimə son qoyulacağına inamını artıb: “Mən hərbçi olmasam da ordumuzun məhz Murov istiqamətindən düşmənə sarsıdıcı zərbə vurmasından sonra əminliyim çoxalıb ki, düşmənin əsas şah damarını kəsməklə onu diz çökdürmək niyyəti silahlı qüvvələrimizin qarşısında bir vəzifə kimi qoyulub. Kəlbəcəıri geri qaytarsaq ermənilərin onurğa sütununu qırmış olacağıq və bundan sonra onların üstümüzə diş qıcamasının anlamı qalmayacaq. Bir sözlə, qələbə inşallah bizimlədir, şanlı ordumuzun ermənilərin haqq etdiyi şəkildə cəzalandıracağı gün uzaqda deyil”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!