Cəbhədə daha bir atışma: əsgərimiz vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə daha bir atışma: əsgərimiz vuruldu

Rəsmi

31 İyul 2019 17:12 3148


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən “Yeni Sabah”a daxil olan xəbərə görə, iyulun 31-də saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Atışma zamanı Dövlət Sərhəd Xidmətinin döyüş növbəsində xidmət aparan bir hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!