Cəbhədə son durum: Ermənilər hərbi qulluqçumuzu yaraladı - Ordumuz hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə son durum: Ermənilər hərbi qulluqçumuzu yaraladı - Ordumuz hərəkətə keçdi

Rəsmi

22 Avqust 2023 12:11 7106


Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Toyuqlu pizza

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

"Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!