“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” -   Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” - Deputat

Siyasət

17 İyun 2019 08:05 1000


“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, gərginliyə səbəb odur ki, işğalçı ölkə substantiv danışıqlara getmək istəmir. Ona görə də çalışır ki, Qarabağda toqquşma olsun, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də yenidən danışıqlarda diqqəti atəşkəs rejiminin pozulamsının qarşısının alınması və bu qəbildən olan ikinci dərəcəli məsələlərə yönəltsinlər.

“Amma həmsədrlər də gözəl bilirlər ki, atəşkəs rejiminin pozulmamasının ən effektli və doğru yolu işğalçı ordunun Azərbaycan torpaqlarını tərk etməsidir.  pizza

Bildiklərini nə qədər tez dilə gətirsələr, burada sülhə, eyni zamanda da beynəlxalq hüquqa bir o qədər çox töhfə vermiş olarlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!