Cəbhədən son xəbər: Ön xətdə gərginlik davam edir   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədən son xəbər: Ön xətdə gərginlik davam edir - RƏSMİ

Rəsmi

18 İyul 2020 14:35 1300


“Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ümumi vəziyyət sabitdir”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşlarına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki,  ön xətdə olan mövqelərdə gərginlik qalır. pizza hut

“Ara-sıra mövqelərimiz düşmən tərəfindən atəşə tutulur. Təbii ki, Azərbaycan Ordusu tərəfindən adekvat cavablar verilir”, - deyə o əlavə edib.

V.Dərgahlı vurğulayıb ki, Azərbaycan Ordusunun aktiv tədbirləri nəticəsində Tovuzun cəbhə xəttində yerləşən kəndlərinin atəşə tutulmasının qarşısı alınıb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanın Tovuz rayonunda olan mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan tərəfi 100-dən itki verib, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!