Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Slovakiya təmsilçisi Taymuraz Salkazanov olub. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 4:3. Bununla da Həsənov ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada onun rəqibi Kayl Deyk olacaq.
Qeyd edək ki, Cəbrayıl Həsənov 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş mundialı gümüş medalla başa vurmuşdu. Dördpendirli pizza
Həmin vaxt o, finalda məhz Kayl Deyklə qarşılaşmış və uduzmuşdu.
Telegram kanalımız