Çeçen yazıçısında amerikalı rejissora qarşı İDDİA: “Avatar“ın müəllifi mənəm”

saytların hazırlanması

Evə çatdırılma

Çeçen yazıçısında amerikalı rejissora qarşı İDDİA: “Avatar“ın müəllifi mənəm”

Maraqlı

14 İyun 2021 13:20 1007


Çeçenistandan olan fantastika yazıçısı Ruslan Zakriyev yenə də amerikalı rejissor Ceyms Kamerona qarşı iddia qaldırıb.

Yenisabah.az “İzvestiya”ya istinadla xəbər verir ki, Zakriyev 2009-cu ildə filmi tamaşaçılara təqdim edən “20th Century Fox International”ın Rusiya nümayəndəliyinə qarşı iddia qaldırdığı bildirib. O, “Avatar” yaradıcılarının 2002-ci ildə internetdə yayımlanan “Gizli silah” romanının süjetini, eləcə də konkret fraqmentləri və dialoqları iqtibas etdiyinə israr edir.

İddiaçı filmin həmmüəllifi kimi tanınmasını, həm də mənəvi ziyana görə 10 milyon rubl təzminat istəyir. pizza

Moskvanın Xamovnı Rayon Məhkəməsi yazıçının iddiasına iyunun 15-d baxmağa başlayacaq.

Zakriyevin vəkili Dmitri Kazatsker bildirib: "Əvvəllər tələbimizi nəzərdən keçirməkdən imtina ediblər, lakin biz bu qərara Moskva Şəhər Məhkəməsində etiraz etdik və indi məhkəmə bu işə baxacaq".

İddiaçının nümayəndəsi bu prosesə şəxsən Ceyms Kameronun cəlb edilməsində israrlıdır.

Bundan əvvəl Zakriyev artıq iki dəfə amerikalı rejissora qarşı iddia qaldırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!