Çeçenistandakı universitetə Putinin adı verildi

saytların hazırlanması

Evə çatdırılma

Çeçenistandakı universitetə Putinin adı verildi

Dünya

20 Fevral 2024 19:41 649


Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib. Marqarita pizza

“Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq”, - Kadırov bildirib.

Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!