Cəfər Cabbarlını kimlər və niyə təqib edirdilər? - Yeni film

saytların hazırlanması

Evə çatdırılma

Cəfər Cabbarlını kimlər və niyə təqib edirdilər? - Yeni film

Mədəniyyət

31 Yanvar 2023 12:16 1579


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı haqda film hazırlayıb.

Yenisabah.az xəbər verir ki, “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: Azad bir ruh” adlanır. Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.

Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır. pizza mizza

Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.

C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib. 

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.

“Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!