Beqa vadisi bölgəsində baş verən meşə yanğını nəticəsində 5 min hektar ərazi və 3 ev külə dönüb. Yanğınla mübarizə hələ də davam edir.
Yenisabah.az xəbər verir ki, Yeni Cənubi Uels Kənd Yanğından Mühafizə Xidmətinin verdiyi açıqlamaya görə, indiyədək yanğın nəticəsində 5 min hektardan çox ərazi külə dönüb, alovların yayıldığı 3 ev isə yararsız hala düşüb. Yeni Cənubi Uels əyalətinin baş naziri Chris Minns, Avstraliya baş naziri Antoni Albanase ilə yanğın bölgəsində verdiyi açıqlamada, bölgədəki yanğınsöndürənlərin “cəhənnəm kimi 24 saat” keçirdiklərini deyib. Avstraliyada yazın başlanğıcı olmasına baxmayaraq, günlərdir yay şəraitinin başlandığını vurğulayan Minns, “Qorxulu bir yay üçün hazır olun”, - deyə xəbərdarlıq edib.
Nəzrin Musayeva pizza hut
Telegram kanalımız