Cəlilabad Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama yaydı

Hadisə

31 Mart 2022 23:18 501


Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, açıqlamada deyilir:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb.  Sezar pizza

Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib. 

Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. 

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!