Cəlilabadda ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

Hadisə

19 Oktyabr 2025 14:22 218


"Bu gün saat 12 radələrində yol-nəqliyyat hadisəsi səbəbindən 6 nəfər (2-si qadın, 4-ü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin edilib. pizza mizza

1965-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!