Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Dominos pizza
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Fakt ilə bağlı araşdırma aparılır. (Report)
Telegram kanalımız