“Çelsi” London derbisində qələbə qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi” London derbisində qələbə qazandı

İdman

04 Aprel 2025 10:00 259


İngiltərə Premiyer Liqasının 30-cu turunun mərkəzi qarşılaşmasında “Çelsi” doğma meydanda “Tottenhem”i qəbul edib. İlk dördlük uğrunda mübarizə aparan “zadəganlar” rəqibini minimal hesabla məğlub edib. 

Yenisabah.az xəbər verir ki, matçda yeganə qolu 55-ci dəqiqədə Enzo Fernandez vurub. “Tottenhem” azarkeşləri oyun ərzində baş məşqçiləri Anxe Postekoğlunu fitə basıblar. 

Bu nəticə ilə “Çelsi” xallarının sayını 52-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb. “Tottenhem” isə 34 xalla 14-cüdür. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!