“Çelsi“də ciddi itki

“Çelsi“də ciddi itki

İdman Veb saytların hazırlanması

17 May 2019 12:28 1153


"Çelsi"nin futbolçusu  Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq.

"Yeni Sabah" xəbər verir ki, "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələndiyi üçün əməliyyat olunacaq 23 yaşlı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil. Ancaq onun Avropa Liqanın Bakıdakı finalında "Arsenal"a qarşı  oynamayacağı dəqiqdir.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında final görüşü mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!