“Cəmiyyət xəstədir” – Nura Suri 4 yaşlı uşaqla bağlı hadisəyə susmadı

saytların hazırlanması

Evə çatdırılma

“Cəmiyyət xəstədir” – Nura Suri 4 yaşlı uşaqla bağlı hadisəyə susmadı

Şou

05 Avqust 2025 10:45 541


Müğənni Nura Suri yeni paylaşımı ilə sosial şəbəkələrdə gündəm olub.

Yenisabah.az xəbər verir ki, sənətçi bir neçə gün öncə dörd yaşlı uşağa təcavüz hadisəsi ilə bağlı sosial media hesabında paylaşım edərək cəmiyyətin biganə münasibətinə etirazını bildirib.

Nura Suri qeyd edib ki, bu hadisədən sonra cəmiyyətin reaksiyasını izləyib və daha sonra fikir bildirməyi məqsədəuyğun sayıb: Pepperoni pizza

“Əfsuslar olsun ki, çoxu belə hadisəni şəxsən yaşasa da, nə başlarına gələnləri kiməsə deyə bilir, nə də ki, kim­sə video çəkib pedofili və ya təcavüzçünü ifşa edir. Səbəb aydındır: bizim cəmiyyətdə hələ də uşaqda və təcavüzə uğrayan şəxslərdə istər oğlan, istər qız olsun günah axtarılır”.

Müğənni onu da bildirib ki, sosial şəbəkə şərhlərində uşaqda günah görən insanlar əslində pedofil və təcavüzkar düşüncəli şəxslərdir:

“Bu cür şəxslərin varlığı və sayı cəmiyyət üçün ciddi təhlükədir. Sağlam düşüncəli insanların sayı isə təəssüf ki, getdikcə azalır”.

Nura Suri vurğulayıb ki, təcavüzə istər mənəvi, istər fiziki məruz qalan uşaqlar və böyüklər utanmamalı, susmamalıdır. O, valideynləri də məsuliyyətli olmağa çağırıb:

“Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara, qohumlara, qonşulara etibar etməyin. Uşağı dünyaya gətirməzdən əvvəl onu şəxsiyyət kimi formalaşdıra biləcəyinizə əmin deyilsinizsə, valideyn olmayın. Hər kəs valideyn olmaq məcburiyyətində deyil”.

Qeyd edək ki, Nura Suri tez-tez cəmiyyətdə baş verən hadisələrə münasibət bildirən azsaylı tanınmışlardandır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!