Cəmiyyətin tənqidləri onun tükünü də tərpətmir...

saytların hazırlanması

Evə çatdırılma

Cəmiyyətin tənqidləri onun tükünü də tərpətmir...

Maraqlı

28 İyun 2021 14:13 11758


Vasif Talıbov sözün həqiqi mənasında fenomen adamdır. Bəlkə də o Azərbaycanda ən azad şəxsdir. İstədiyi addımı ata bilir. İstədiyi qərarı yaza bilir, poza bilir. “Vasif Talıbov modeli” (Bəzən də Naxçıvan modeli adlandırılan) brendi altında xeyli yeniliklərin müəllifidir. 

Sözügedən müüəllim dünən gündəmə bomba kimi düşən bir qərar verib. Naxçıvanda toy məclislərində yemək qadağan edilir. Xeyir işlərdə yalnız çay içmək olar, qəndlə və şirniyyatla. Bənzətmə etsək belə demək olar: Bundan sonra Naxçıvanda toylar da qida baxımından yas kimi keçiriləcək. Yas demişkən, cənab Talıbov bir neçə il əvvəl yas məclislərində də yemək verilməsini qadağan etdi. Bir kəlmə ilə məsələnin kökündən həllini tapdı. Odur-budur Muxtar Respublikada heç bir yas məclisində yemək verilmir. Sədrin zəhmindən heç bunu düşünən də yoxdur.

Açıq danışsaq, o zaman Talıbovun bu qərarına cəmiyyətdən də böyük dəstək gəlmişdi. Çünki yas mərasimləri elə bir həddə çatmışdı ki, həqiqətən də yemək baxımından toydan fərqlənmirdi. Talıbovun həmin qərarı ilə bu bərabərlik pozulmuşdu. İndi sədr toyla yas mərasimləri arasında qida məsələsində yenidən bərabərlik işarəsi qoydu. Bu qərarın cəmiyyət tərəfindən necə qarşılanacağı haqda indidən müəyyən fikir söyləmək mümkündür. Sosial şəbəkələrə diqqət yetirsək görərik ki, Talıbov özünü hədəf taxtasına çıxarıb. Onun son qərarı kəskin şəkildə tənqid olunur. Lakin bunun nə fərqi var? Cənab sədr dəfələrlə - hətta deyərdim ki, həmişə medianın hədəfində olub. İctimai basqılar onun heç tükünü də tərpətməyib və ənənəvi idarəçilikdə yeni cığırlar açmaqda fədəkarcasına davam edib. Sezar pizza

Vasif Talıbovun belə bir qərarı nə üçün qəbul etməsi haqda heç bir məlumat yoxdur. Bəlkə də yaxın günlərdə bunu səbəbləri açıqlanacaq. Bizim ehtimallarımıza gəldikdə, əslində, heç ehtimal da irəli sürmək mümkün deyil. Qadağa o qədər absurddur ki, ona qondarma bir səbəb də düz-qoş etmək mümkünsüz görünür. Adam toyda yeyib-içər, əylənər, şənlənər. Yüz illərdir belə olub. Hətta Vasif Talıbovun oğlunun toyu da belə olub. Yəqin ki, oxucuların yaddaşında olar, bir neçə il əvvəl kiçik oğluna dəbdəbəli böyük toy məclisi etmişdi. Buta Sarayda. İnternetdə indi də həmin toyun fotoları var. İstəyən axtarış verib foto və videolara baxa bilər. Öz oğluna belə dəbdəbəli toy edən məmur hansı əsasla başqalarına məhdudiyyət tətbiq edir, paradoks bax burdadır. Amma cənab sədrin bu yeni modelinin uğur qazanacağına və onu patentləşdirəcəyinə də inamım var. Bəyəm, başqa cür ola bilər ki?

Elnur MƏMMƏDLİ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!