UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, "Aston Villa" doğma meydanda PSJ-ni qəbul edib.
Oyun meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatsa da, yarımfinala yüksələn tərəf qonaqlar olub. İlk oyunda PSJ-nin 3-1 hesablı qələbəsi qeydə alındığından fransızlar yarımfinala adlarını yazdırıblar. pizza
PSJ yarımfinalda "Real Madrid" - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.
Digər yarımfinalçının kimliyinə isə "Borussiya Dortmund" - "Barselona" duelində aydınlıq gəlib.
Dortmundun "Signal Iduna Park" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin iki oyunun nəticəsinə əsasən (ümumi hesab 5:3), yarımfinala yüksələn tərəf "Barselona" olub.
Qeyd edək ki, komandalar arasında ilk oyun Kataloniyada keçirilmiş və "Barselona" 4:0 hesabı ilə qalib gəlmişdi.
"Barselona" yarımfinalda "Bavariya" - "İnter" cütünün qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda "İnter" səfərdə Almaniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib.
Telegram kanalımız